AZ

Meliksetyan: Naxçıvana yol Bakı üçün əsas mövzudur

BAKI, 13 aprel. TELEQRAF

“Qəbələdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüşdə kommunikasiyalar və “Tramp Marşrutu”nun (TRIPP) açılması ilə bağlı məsələlər də müzakirə olunub”.

Teleqraf xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan nümayəndə heyətinin üzvü Samvel Meliksetyan deyib.

“Əgər TRIPP-dən danışırıqsa, bu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli çərçivəsində əsas mövzulardan biri olaraq qalır. Bu məsələ Azərbaycan tərəfi üçün çox vacibdir.

İrandakı müharibənin bu kommunikasiyalara mümkün təsirləri ilə bağlı bizim də narahatlıqlarımız var. Biz həmçinin bu prosesin uzanması, yəni İrandakı müharibənin davam etməsi və ya gələcəkdə TRIPP-nin münaqişə zamanı hədəfə alına biləcək infrastruktur hesab edilməsi halında hansı həll yollarının mümkün olduğunu aydınlaşdırmağa çalışırıq”, - ekspert bildirib.

Meliksetyan qeyd edib ki, bu, həm də Ermənistan tərəfinin işindən asılıdır:

“Naxçıvanla əlaqə Bakı üçün əsas mövzu olaraq qalır. Düşünürəm ki, kommunikasiyaların açılması prosesini inkişaf etdirmək Ermənistan tərəfinin işindən də asılıdır”.

Xatırladaq ki, aprelin 10-12-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Seçilən
5
teleqraf.com

1Mənbələr