AZ

Sürücüsüz maşınlar Azərbaycana yaxınlaşır

Yeni avtomobildə daha kiçik batareyadan istifadə ediləcəyi, bunun isə “Tesla Model Y” ilə müqayisədə daha qısa yürüş məsafəsi (təxminən 306–327 mil) yaradacağı bildirilir. Həmçinin avtomobilin çəkisinin təxminən 1,5 tona endirilməsi planlaşdırılır.

Qeyd olunur ki, bu layihə İlon Maskın 2024-cü ildə daha ucuz elektrik avtomobil planlarından imtina edərək diqqəti robotaksi və humanoid robotlara yönəltməsi fonunda yenidən gündəmə gəlib.

Analitiklər isə şirkətin gələcəkdə ənənəvi elektrik avtomobilləri satışında dəyişikliklər və mümkün azalma ehtimalını da müzakirə edirlər.

"Tesla" həmçinin Avropada tam avtonom - Full Self-Driving (FSD) modellərin satışını planlaşdırır. İlk ökə Niderland olacaq. Artıq şirkət Avropada proqram təminatının yoxlanılmasını yekunlaşdırmaq üzrədir. İndi ayrı-ayrı ölkələrin qanunverici orqanları lisenziya verməlidirlər. Onlar isə hələ ki robot-avtomobillərə ehtiyatla yanaşırlar.

FSD tam avtopilot olsa da, sürücünün prosesə nəzarətini nəzərdə tutur. Bu sistem özü təyinat nöqtəsinə getməyi, parklanmağı, maşını sürüb, sahibinin olduğu yerə gətirməyi nəzərdə tutur.

"Tesla"nın Süni İntellekti maşını idarə edərkən ancaq kameraların gördüyünə əsaslanır. Bir sıra ekspertlər bu yanaşmanı tənqid edirlər. ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi Milli Assosiasiyasının apardığı testlər pis görmə şəraitində avtopilotun qəza riskinin artdığını bildirir.

Tariyel Həsənov

Seçilən
15
2
azvision.az

3Mənbələr