AZ

Azərbaycanın parakamandan oxatma millisi Zaqatalada təlim məşq toplanışına başlayıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanın parakamandan oxatma millisi Zaqatalada təlim-məşq toplanışına başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Hazırlıq prosesi Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunub.

Aprelin 22-dək davam edəcək toplanışa ümumilikdə yeddi idmançı qatılıb.

Baş məşqçi İlqar Abbasovun rəhbərliyi altında təşkil olunan hazırlıqlara kişi paralimpiyaçılardan Əli Nəbiyev, Şahin Cabbarov, Məhəmmədəli Cabbarlı, Qalib Əliyev, İsmayıl Allahverdiyev və Nurlan Babacanov, qadınlardan isə Rəqsanə Hümbətzadə cəlb olunublar.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
6
icma.az

7Mənbələr