ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Korrupsiya işləri üzrə dinləmələr İsrail Baş naziri Binyamin Netanyahunun təhlükəsizlik və siyasi səbəbləri əsas gətirərək xahişi ilə bir həftəlik təxirə salınıb.Turkustan.az xəbər verir ki, İsrailin "Haaretz" qəzetinin məlumatına görə, məhkəmə Netanyahunun korrupsiya işləri üzrə məhkəmə proseslərinin iki həftə təxirə salınması tələbini şərti olaraq təmin edib və bunu "srail və Yaxın Şərqdəki son hadisələrlə bağlı təhlükəsizlik və siyasi səbəblər adlandırıb.Bu həftəyə planlaşdırılan dinləmələri təxirə salmaq qərarına gələn məhkəmə, gələn həftə keçiriləcək dinləmələr üçün ərizələrin daha sonra yenidən təqdim edilməsini istəyib.Məhkəmə cavabında Netanyahunun tələbini ətraflı izah edilən halları nəzərə alaraq və başqa çarəsi olmadığı üçün təmin etdiyini açıqladı.Netanyahu Qüds Rayon Məhkəməsindən dinləmələrində ən azı iki həftə ifadə verməkdən azad edilməsini istədi, lakin məhkəmə bu tələbi yalnız bu həftəyə planlaşdırılan üç dinləmə üçün təmin etdi və gələn həftə keçiriləcək dinləmə üçün yeni bir tələbin tələb olunacağını bildirdi.İsrail Baş naziri rüşvətxorluq, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə "1000", "2000" və "4000" adlı üç ayrı korrupsiya işi üzrə mühakimə olunur.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.