AZ

“Rabitəbank” ASC açıq tender elan edir

ain.az, Banco.az portalına istinadən məlumat verir.

Tenderin adı: “Nizami filialının əsas elektrik xəttinin yenilənməsi(filiala daxil olan xəttə qədər)”

Tenderin elan tarixi: 13.04.2026,

Tenderin son tarixi: 27.04.2026, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

* İştirakçı şirkətin bu sahədə ən azı 2 il təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)* İşin icra müddəti qeyd edilməsi mütləqdir* Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

* Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli* Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri* Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)* Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd* Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)* Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin)

Təkliflərin qəbul edilməsi:

➢ Tenderin texniki şərtləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.https://rbt.az/tndr-elektrik

Texniki şərtdə olan qeydlərin , icazələrin alınması mütləqdir.(Qiymət təklifində nəzərə alınmalıdır)

➢ Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.

➢ Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
8
banco.az

10Mənbələr