AZ

“Hər iki tərəf vaxt qazanmağa çalışır”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“ABŞ və İran arasında keçirilən görüşün nəticəsiz başa çatması ilk baxışda diplomatik uğursuzluq kimi görünür, lakin prosesə fərqli prizmadan baxanda bunun şüurlu şəkildə uzadılan bir strategiya olduğu aydınlaşır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva söyləyib ki, hər iki tərəf hazırda tam razılaşmadan daha çox vaxt qazanmağa çalışır: “Vaşinqton üçün bu, regiondakı hərbi və siyasi mövqelərini möhkəmləndirmək, müttəfiqlərlə koordinasiyanı artırmaq və İran üzərində təzyiq mexanizmlərini genişləndirmək imkanı yaradır. Tehran üçün isə bu müddət daxili sabitliyi qorumaq, iqtisadi adaptasiya yolları tapmaq və mövcud təzyiqlərə baxmayaraq strateji resurslarını itirmədən müqavimət göstərmək üçün vacibdir. Yəni masa arxasında razılaşma əldə olunmaması əslində tərəflərin zəifliyi deyil, daha əlverişli şərtləri gözləmək taktikasının göstəricisidir”.

Politoloq əlavə edib ki, bu baxımdan hazırkı vəziyyət nə pat vəziyyətidir, nə də diplomatiyanın iflası, əksinə, bu, “idarə olunan qeyri-müəyyənlik” mərhələsidir: “Tərəflər gərginliyi tam eskalasiya etmədən yüksək səviyyədə saxlayır və bu vəziyyətdən geosiyasi alət kimi istifadə edirlər. Hörmüz boğazı ətrafında ritorikanın sərtləşməsi, hərbi siqnallar və paralel diplomatik açıqlamalar bu strategiyanın elementləridir. Bu modeldə əsas məqsəd qarşı tərəfi dərhal razılaşmaya məcbur etmək deyil, onu uzunmüddətli təzyiq altında tədricən daha əlverişli mövqeyə gətirməkdir. Ona görə də yaxın perspektivdə kəskin dönüş yox, məhz bu gərgin balansın davam etməsi daha real görünür”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr