AZ

Sumqayıtda zəncirvari qəza baş verdi

BAKI, 13 aprel. TELEQRAF

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Babək küçəsində baş verib.

Belə ki, “BMW”, “Hyundai” və “Honda” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır, hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

Seçilən
15
teleqraf.com

1Mənbələr