AZ

Müavinətə möhtac olanların sayı artır Əmək pensiyası getdikcə əlçatmaz olur...

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycanda sosial təminat sistemində baş verən dəyişikliklər statistik rəqəmlərdə getikcə daha qabarıq görünür. Dövlət qurumlarının açıqladığı göstəricilə bir tendensiyanı açıq şəkildə ortaya qoyur: əmək pensiyası almaq çətinləşir, əvəzində yaşa görə sosial müavinət alanların sayı artır.

Dövlət Sosial Müdafiə Fondu bildirir ki, 2026-cı ilin mart ayında ölkədə yaşa görə sosial müavinət alanların sayı 172 min 359 nəfər olub. Bu, yanvar ayındakı rəqəmlərlə (168959 nəfər) müqayisədə 3 min nəfərdən çox artım deməkdir.

Eyni dövrdə sosial sistemin digər tərəfində isə fərqli mənzərə müşahidə olunur. Belə ki, yaşa görə əmək pensiyası alanların sayı tədricən azalır.

Rəsmi dinamika açıq şəkildə göstərir ki, pensiya hüququ qazananların sayı getdikcə daralır və bu boşluğu müavinət sistemi doldurur. Sistemin ən məyusedici hissəsi isə heç şübhəsiz pensiya kapitalı tələbidir. Mövcud qaydalara əsasən, yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan pensiya kapitalı 46080 (144x320=) manatdır.

Sadə dillə desək, 65 yaşa çatmaq artıq kifayət etmir, insan həm də illərlə kifayət qədər yüksək rəsmi gəlir göstərməlidir. Amma reallıqda əmək bazarının böyük hissəsinin qeyri-rəsmi və aşağı maaşlı olması bu şərti minlərlə insan üçün əlçatmaz edir. Nəticə isə göz önündədir: pensiya əvəzinə 220 manat sosial müavinət. Bu isə ölkədə yaşlı əhali üçün yaşayış minimumundann (245) 25 manat, minimum pensiyadan isə (320 manat) 100 manat aşağıdır

Xatırladaq ki, mövcud qanunvericilyə görə, 2006-cı ildən sonra əmək stajı olan pensiyaçılara dövlət tərəfindən 25 il staj hədiyyə olunur, bu da pensiya kapitalının məbləğindən asılı olaraq vətəndaşın əmək pensiyası almasına səbəb olur. Amma bu mexanizm universal deyil və bütün vətəndaşları əhatə etmir. Ən əsas problemi - kapital çatışmazlığını həll etmir

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azpolitika.info

1Mənbələr