“Yarışa çox yaxşı hazırlaşmışdım”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında azərbaycanlı MMA döyüşçüsü Əli Quliyev deyib.

27 yaşlı idmançı İsveçin Vasteros şəhərində keçirilən "Fight Club Rush" turnirində qazandığı qələbəni şərh edib: “Məhz bu döyüşə 4–5 aydır hazırlaşırdım. Son olaraq İsveçdə 6 həftəlik toplanışda oldum. Rəqibim güclü idi — son döyüşündə Arisdə çempionla üç raund vuruşmuşdu. Digər döyüşlərinin heç birində onu ilk raundda nokaut edən olmayıb. Fiziki cəhətdən də çox güclü idi; başına nə qədər zərbə vursam da, aşmırdı”.

Quliyev UFC-də döyüşmək arzusunda olduğunu vurğulayıb:

“Yeni xəbərlər gözləyirəm. Bakıdakı UFC-də döyüşməyi çox istəyirəm. Hazırda bu istiqamətdə işlər gedir, menecerlərim danışıqlar aparır. Əgər qismət olsa, iyunda Bakıda olacağam”.

Qeyd edək ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı braziliyalı rəqibi Fabritsio Nunyesi məğlub edib.