Bu ilin yanvar-fevral aylarında ölkədə 5 867,5 ton lak-boya məmulatları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata əsasən, cari ilin yanvar ayına nisbətdə isə fevralda istehsal həcmində 14,5 faiz artım qeydə alınıb.
Mart ayının 1-nə hazır məhsul ehtiyatı 609,3 ton təşkil edib.