AZ

Bruno Fernandes: Harri Keyn Tottenhem də qalsaydı, tarixə düşərdi

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Mançester Yunayted"in kapitanı Bruno Fernandes, hazırda "Bavariya"da çıxış edən Harri Keyn haqqında maraqlı fikirlər səsləndirib. Sport24.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ingilis hücumçunun Premyer Liqada qala biləcəyi təqdirdə mütləq rekorda imza atacağını vurğulayıb.

Fernandesin sözlərinə görə, Keyn bir neçə il daha İngiltərədə qalsaydı, bütün zamanların bombardiri olardı:

"Əgər o, "Tottenhem"də bir və ya iki mövsüm daha qalsaydı, Premyer Liqa tarixinin ən yaxşı bombardiri olmaq fürsətini qaçırmazdı. O, onsuz da bir əfsanədir, lakin bu rekordla statusunu daha da möhkəmləndirərdi".

​Təcrübəli yarımmüdafiəçi Keynin Almaniya klubuna keçidini də doğru addım hesab edir:

"Bu qərarı tamamilə düzgün hesab edirəm. Çünki o, "Bavariya"da böyük titullar qazanmaq şansı əldə edib. Harri hazırda həm qollarını sıralayır, həm də kuboklar uğrunda mübarizə aparır. Bu gedişlə o, hətta "Qızıl top" uğrunda da əsas namizədlərdən biri ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
sport24.az

1Mənbələr