AZ

Şəxs adlarında süni halların qarşısı alınacaq - Yeni tərkibdə ilk iclas

Aprelin 13-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Respbublikası Terminologiya Komissiyanın nəzdində Şəxs Adları Komissiyasının ilk iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Şəxs Adları Komissiyasının yeni tərkibi iştirak edib.

Komissiyanın sədri professor Nadir Məmmədli bildirib ki, şəxs adlarının elmi əsaslarla sistemləşdirilməsi, onların düzgün yazılış və işlənmə normalarının müəyyənləşdirilməsi, dilimizin daxili qanunauyğunluqlarına uyğun olmayan təsadüfi və süni adların qarşısının alınması istiqamətində mühüm addımların atılacağı gözlənilir. Bununla yanaşı, milli ad fondunun qorunması və zənginləşdirilməsi, unudulmuş və tarixi ənənəyə malik adların yenidən dövriyyəyə qaytarılması da Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

İomissiyanın məqsədi və funksiyası, Azərbaycan şəxs adlarının təsnifatı, yazılış və transliterasiya problemi, qadağan və ya arzuolunmaz adlar, yeni adların yaradılması prinsipləri, normativ lüğət və açıq platforma yaradılması və sair məsələlər müzakirə olunub.

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənafova çıxışında titul bildirən bəy, xan sözlərinin şəxs adlarının tərkibində işlənməsi məsələsinə diqqət ayırıb. Bu gün vətəndaşlar arasında adların orfoqrafiyası, səslənməsi məsələsini gündəmə gətirib.


Telegram kanalımız
Seçilən
14
3
yenisabah.az

4Mənbələr