Son zamanlar hakimliklə bağlı yaşanan qalmaqallar və narazılıqlar AFFA rəhbərliyini də narahat edir.
Rekord.az xəbər verir ki, məhz bu səbəbdən son zamanlar çempionat oyunlarına əcnəbi hakim dəvət olunması müzakirə olunur.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, əcnəbi hakim məsələsi istisna edilmir. Amma çempionat üçün yox. Çempionatın bundan sonrakı oyunlarını da yerlilər idarə edəcək. Lakin kubokun finalına əcnəbu hakimin dəvət edilməsi müzakirə olunur. Qərar isə hadisələrin gedişinə görə veriləcək.