AZ

Zubirin “Qarabağ”dan gedəcəyi iddialarına klubdan REAKSİYA

Məlum olduğu kimi, bir neçə gün öncə “Qarabağ”ın kapitanı Abdulla Zubirlə bağlı mətbuatda maraqlı xəbərlər yayılıb. 

Bizim.Media xəbər verir ki, Fransanın “L Equipe” nəşrinin yazdığına görə təcrübəli futbolçu yayda Ağdam klubunu tərk edərək Qətərin “Əl Şahaniya” klubuna transfer olunacaq. 

Zubirin “Qarabağ”la hələ müqaviləsi olsa da, qarşı tərəfin təzminat ödəyərək futbolçunun transferini reallaşdıracağı gözlənilir. 

Məsələ ilə bağlı “Qarabağ” klubu ilə əlaqə saxladıq. Klubun Media və Marketinq departamentinin rəhbəri Anar Hacıyev Bizim.Media-ya açıqlamasında Zubirin “Qarabağ”dan gedişinin hələ ki, gündəmdə olmadığını bildirdi:
 

“Abdulla Zubir “Qarabağ”ın oyunçusudur. Mövsümün başa çatmasına hələ bir ay var. Ona görə də hal-hazırda hansısa bir futbolçumuzla bağlı transfer məsələləri gündəmdə deyil. Əgər belə bir şey olarsa, məsələyə mövsüm başa çatandan sonra aydınlıq gələcək. Belə xəbərlər mütəmadi olaraq mətbuatda yayılır. Amma bizdə rəsmi olaraq hansısa məlumat yoxdur”.


Qeyd edə ki, Abdulla Zubir 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Onun klubla 2027-ci ilə qədər müqaviləsi var.

Bizim.Media

Seçilən
6
2
bizim.media

3Mənbələr