AZ

“Necə olursa-olsun, Avropaya getmək istəyirik”

TOVUZ, 13 aprel. TELEQRAF

“Arzumuz UEFA Konfrans Liqasına vəsiqə qazanmaqdır. Necə olursa-olsun, Avropaya getmək istəyirik. Düşünürəm ki, buna nail olacağıq”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakman deyib.

31 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb: “Çətin oyun idi. Bilirdik ki, “Sumqayıt” yaxşı komandadır, amma uzun müddətdir qələbə qazanmırlar. Ona görə də bu oyuna bütün gücləri ilə çıxacaqdılar. Amma biz oyuna hazırlaşmışdıq və nəhayət, qələbə qazandıq. Hələlik növbəti oyun barədə çox danışa bilmərik. Sadəcə dincələcəyik və məşqlərə qayıdanda bugünkü səhvlərimizi düzəldib növbəti oyuna hazırlaşacağıq”.

Hakman Azərbaycan Kubokunun yarımfinalında “Zirə” ilə cavab görüşünə hazırlıqlar barədə də danışıb:

“İlk oyun (0-2-red.) çətin idi, çünki hamı açıq şəkildə gördü ki, iki penalti epizodumuz var idi, amma hakim onları vermədi. Bu futboldur, əlimizdən heç nə gəlmir, ona görə də bunu arxada qoyub növbəti mərhələyə fokuslanırıq. Hazırda diqqətimiz çempionat oyunundadır. Hər oyuna ayrı-ayrılıqda yanaşırıq. İndi kubok oyunu barədə düşünmürük. Çempionat oyunundan sonra kubok oyunu barədə fikirləşəcəyik”.

Toqolu futbolçu “Turan Tovuz”la yayda başa çatacaq müqaviləni yeniləyib-yeniləməyəcəyi barədə sualı isə belə cavablandırıb: “Mənim hələ yaya qədər klubla müqaviləm qüvvədədir. Bu məsələ klubla aramızda olan məsələlərdir. Hələlik başqa təkliflər barədə düşünmürəm. Hazırda yalnız Tovuz barədə düşünürəm, çünki buradayam və burada müqaviləm var. Sadəcə diqqətim buradadır”.

Qeyd edək ki, Emmanuel Hakman 2023-cü ildən "Turan Tovuz"un formasını geyinir.

Seçilən
2
teleqraf.com

1Mənbələr