AZ

Prezidentin yeni mətbuat katibi Administrasiyada işləyib FOTO

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni mətbuat katibi təyin edilib.

Dövlət başçısının bu gün imzaladığı Sərəncamla Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə gətirilib.Qeyd edək ki, Prezidentin mətbuat katibi vəzifəsi bir ildən çox idi ki, yeni təyinat gözləyirdi. Belə ki, 2025-ci il fevralın 17-də Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilsə də, yeni təyinat olmamışdı.Modern.az saytının əldə etdiyi məlumata görə, yeni mətbuat katibi Orxan Səttarov indiyə kimi Prezident Administrasiyasında çalışıb.Belə ki, o, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
4
modern.az

5Mənbələr