AZ

Paşinyan: Yaxın günlərdə Zəngəzur dəhlizində mühüm hadisələr olacaq

“Biz iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə TRİPP layihəsinin (Zəngəzur dəhlizi-red) başlanması ilə bağlı mühüm hadisələr gözləyirik”.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan qeyd edib ki, Ermənistan blokadanı qaldırıb.

“Azərbaycan vasitəsilə Ermənstana yük daşıması mümkün olub, lakin bu, Gürcüstan vasitəsilə oldu. TRİPP reallaşdıqdan sonra bu, Azərbaycan və Ermənistan arasında birbaşa reallaşacaq”, - o deyib.

Asif

Seçilən
9
publika.az

1Mənbələr