AZ

İmişlidə avtomobillər toqquşub, dörd nəfər xəsarət alıb

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
7
far.az

8Mənbələr