ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
“Azərbaycanda I rübdə neft hasilatı 300 min tondan çox azalıb. Bu, günə ortalama təqribən 25 min barrel azalma deməkdir. Bu temp saxlanılsa, ilin sonunda 1.2 mln ton azalma ola bilər”.
“AzPolitika” xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Ekspert xatırladır ki, 2025-ci ildə Azərbaycanda neft və kondensat hasilatı il ərzində 1,4 mln ton azalmışdı. “Ümumiyyətlə, 2020-2025-ci illərdə Azərbaycanda əmtəəlik neft hasilatı 7 mln. ton azalıb. Beləliklə, orta illik azalma tempi 1,17 mln. tondur”, - o qeyd edib.
İqtisadçı vurğulayır ki, I rübdə azalma özünü kondensat hasilatında da göstərib. Onun sözlərinə görə, “Şahdəniz” və “Abşeron” yataqlarında qaz hasilatı kiçik artım nümayiş etdirsə də, maye karbohidrogen hasilatı azalıb.
“Baş nazir Əli Əsədovun yanında aprelin 7-də neft-qaz sektoruna dair iclas keçirilmişdi. Ümumi cümlələr və tapşırıqlar verilməsi qeyd edilmişdi. Bir dənə rəqəm, problemlərin olub olmaması göstərilməmişdi. Nazirlər Kabinetinin açıqlamasından bunu təyin etmək mümkün olmurdu”, - İlham Şaban bildirib.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.