AZ

Avstraliya ordusuna ilk dəfə qadın rəhbərlik edəcək

2026-cı ilin iyul ayından etibarən Avstraliya quru qoşunlarının komandanı vəzifəsinə 56 yaşlı Syuzen Koyl təyin olunacaq.

“İki sahil” xəbər verir ki,  Avstraliyanın “The Conversation” nəşrinin məlumatına görə, general-leytenant Koyl bu vəzifəni tutan ilk qadın olacaq.

Quru qoşunlarının başçısı Avstraliya Silahlı Qüvvələrinin quru hissəsində ən yüksək rəhbər vəzifə hesab olunur. Müdafiə naziri Riçard Marls Syuzen Koylun təyinatını elan edərkən bu qərarı “həqiqətən tarixi hadisə” kimi qiymətləndirib.

Syuzen Koyl 1987-ci ildə, 17 yaşında olarkən Avstraliya ordusunda ehtiyat hərbi qulluqçu kimi xidmətə başlayıb. O, Avstraliya Müdafiə Qüvvələri Akademiyasını və Kral Hərbi Kollecini bitirib, daha sonra ABŞ Ordusunun Hərbi Kollecini fərqlənmə ilə tamamlayıb.

Hərbi karyerası ərzində o, Şərqi Timor, Solomon adaları və Əfqanıstandakı əməliyyatlarda iştirak edib. Bundan əlavə, Yaxın Şərqdə 633 saylı birgə əməliyyat qrupuna komandanlıq edib.

2024-cü ildən etibarən o, kosmos, kiber məkan və ümumi hərbi logistikaya cavabdeh olan birgə imkanlar komandanlığına rəhbərlik edir. Syuzen Koyl Avstraliya ordeninin kavaleri tituluna layiq görülüb və həm Avstraliya, həm də ABŞ-ın hərbi mükafatlarına sahibdir.

Seçilən
13
ikisahil.az

1Mənbələr