AZ

İmtahan sualında Darek və Marek adı... Video

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Bir müddət öncə keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsində qeyd olunmuş suallarda yazılan şəxs adları valideynlərin etirazlara səbəb olub. Məsələn, ikinci sinif şagirləri üçün imtahanda Arek, Darek və Marek adları qeyd olunması.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun mətbuat xidmətindən Axar.az-a verilən açıqlamada bildirilib ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi beynəlxalq formatda təşkil olunur və suallar mərkəzi təşkilat tərəfindən hazırlanaraq iştirakçı ölkələrə təqdim edilir.

“Tapşırıqlarda istifadə olunan personaj adları da orijinal mətnin tərkib hissəsidir, müxtəlif ölkələri təmsil edən neytral və universal adlardan seçilir. Yaş kateqoriyasına görə sualların hazırlanması da beynəlxalq standartlar əsasında həyata keçirilir.

Sualların Azərbaycan dilinə tərcüməsi zamanı əsas məqsəd məzmunun və məntiqin olduğu kimi qorunmasıdır. Bu səbəbdən də bir çox halda xüsusi isimlər (adlar) dəyişdirilmədən saxlanılır ki, tapşırığın ilkin quruluşu və beynəlxalq standartlara uyğunluğu pozulmasın.

Eyni zamanda, valideynlərin bu məsələ ilə bağlı həssaslığını anlayır və qeyd olunan iradları diqqətə alırıq. Gələcək mərhələlərdə bu kimi məqamların daha da təkmilləşdirilməsi üçün təşkilatçı qurum qarşısında müvafiq təkliflərin irəli sürülməsi nəzərdə tutulur”, - açıqlamada qeyd edilib.

Təhsil eksperti Ramin Nurəliyev isə saytımıza deyib ki, sözügedən müsabiqə 90-dan çox ölkədə keçirilir:

“Bu, dünya ölkələrində tanınmış və sertifikatına etibar olunan, hətta nəticələrə əsasən beynəlxalq universitetlərə qəbul prosesinə təsiri olan müsabiqədir. Həmin imtahanlarda 1-11-ci sinif şagirlərinə vahid bir sistem üzrə təşkil olunmuş suallar verilir. Yəni şagirdlər hər sinfə görə vahid bir sistem üzrə yoxlanılır.

Müsabiqənin beynəlxalq olduğu və sualları xarici mütəxəssislərin hazırladığı nəzərə alındığı üçün hər hansı dəyişiklik edilməsi düzgün hesab olunmur. Əgər bu imtahan təkcə ölkə üzrə keçirilsəydi, suallarda xarici adların istifadə olunması qəbahət olardı.

Valideynlər bunu nəzərə almalıdırlar”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
axar.az

1Mənbələr