AZ

Ülviyyə İlyasovaya amnistiya aktı şamil edildi

Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilərək cəzası 6 ay azaldılıb.

Publika.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, ona 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Ülviyyə İlyasova cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, məhkəmənin əvvəlki proseslərinin birində zərərçəkənin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarılmışdı.

Qeyd edək ki, Ülviyyə İlyasova barəsində bir neçə dəfə cinayət işi açılıb.

Seçilən
8
1
publika.az

2Mənbələr