AZ

691 cüdoçu medallar uğrunda yarışacaq

Aprelin 18–19-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşəcək yarışda 94 klub və idman cəmiyyətindən 691 cüdoçu (582 oğlan, 109 qız) ümumilikdə 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayacaq.

Qeyd edək ki, heç bir kəmər dərəcəsi olmayan və buna görə verilmiş 2 yarışlıq güzəşt imkanını istifadə etmiş idmançılar yarışlara buraxılmırlar.

Seçilən
0
6
90deqiqe.az

9Mənbələr