AZ

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Bakı. Trend:

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Strateji baxışa əsaslanannəqliyyat planlaşdırılması: siyasətçilər üçün bələdçi” adlıbeynəlxalq hesabatında Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyiislahatlar müsbət təcrübə kimi qeyd olunub.

Trend xəbər verir ki, bubarədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hesabatda vurğulanıb ki, müasir nəqliyyat planlaşdırılmasıyalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, uzunmüddətlistrateji baxışa əsaslanmalıdır. Bu yanaşma çərçivəsində ölkələrənəqliyyat sistemlərini daha dayanıqlı, əlçatan və effektiv etməküçün institusional koordinasiyanın gücləndirilməsi, maliyyəmexanizmlərinin təkmilləşdirilməsi və məlumat əsaslı qərarvermənintətbiqi tövsiyə olunur.

Hesabatın “Planlaşdırma alətləri” bölməsində 2023-cü ildəAzərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı iləyaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurası xüsusi qeyd olunub.Bildirilib ki, Şura müxtəlif dövlət qurumları arasındakoordinasiyalı fəaliyyəti təmin edir.

Eyni zamanda “Resursların səfərbər edilməsi və koordinasiya üzrəpraktiki nümunələr” bölməsində Azərbaycanın daha bir təşəbbüsü –“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu uğurlu maliyyələşdirməmodeli kimi təqdim olunur. 2025-ci ildə yaradılan bu fond ictimainəqliyyat xidmətlərinin davamlılığını, keyfiyyətini vətəhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qeyd olunan yanaşmalar Azərbaycanın nəqliyyat sektorundaidarəetmənin təkmilləşdirilməsi, maliyyə dayanıqlığınıngücləndirilməsi və sistemli planlaşdırma prinsiplərinin tətbiqiistiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalqsəviyyədə tanındığını göstərir. Bu uğur, eyni zamanda ölkənin dahadayanıqlı, inteqrasiya olunan və gələcəyə yönələn nəqliyyatsisteminin qurulması istiqamətində atdığı addımların əhəmiyyətininövbəti dəfə təsdiqləyir.

Seçilən
12
6
az.trend.az

8Mənbələr