BAKI, 13 aprel. TELEQRAF
2025-ci il ərzində Azərbaycanın bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.9 faiz bəndi azalaraq 14.2% (tarixi minimum) olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Sabitliyi hesabatı"nda qeyd edilib.
Depozit portfelinin dollarlaşması 2024-cü ilin sonuna nisbətdə 1.9 faiz bəndi azalaraq 35.6% təşkil edib.