Aktual.az xəbər verir ki, bunu Roma Papası XIV Leo deyib.
O bildirib ki, bəzi siyasətçilər xristianlıq mesajını təyin olunmuş məqsəd üçün istifadə etmir, bu mesajlardan sui-istifadə olunur.
Eyni zamanda, Papa ABŞ prezidentilə müzakirəyə girmək niyyətində olmadığını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonun siyasətini tənqid edib. O, xüsusilə Papanın ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazı olduğunu vurğulayıb.