Astana, 13 aprel, AZƏRTAC
Qazaxıstan ildə 5 milyard kubmetrə qədər qaz istehsal gücünə malik Qaraçaqanak qaz emalı zavodunun tikintisini sürətləndirir.
AZƏRTAC Qazaxıstan Respublikası Energetika Nazirliyinə istinadla xəbər verir ki, nazir Erlan Akkenjenovun sədrliyi ilə keçirilən və “Samruk-Kazına”, “QazaqGaz”, “KazMunayGaz” rəhbərləriyi və səhmdarların iştirak etdiyi iclasda müvafiq məsələlər müzakirə olunub.
Layihənin əsas məqsədi daxili bazarda kommersiya qazına artan tələbatı ödəmək və emal güclərini şaxələndirməklə idxaldan asılılığı azaltmaqdır. Layihənin iqtisadi məqsədəuyğunluğu təsdiqlənib və Çinin “CITIC Construction” korporasiyası ilə əməkdaşlığın əsas prinsipləri haqqında saziş imzalanıb. “QazaqGaz” milli şirkəti bu strateji layihənin vahid operatoru olacaq.
Elşən Rüstəmov