AZ

İrandan körfəz ölkələrinə açıq təhdid – “Heç bir liman təhlükəsiz olmayacaq!”

Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının mətbuat katibi İbrahim Zülfüqari ABŞ-ın İrana qarşı elan etdiyi dəniz blokadasına cavab olaraq sarsıdıcı bəyanatla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, Zülfüqari İran limanlarına qarşı hər hansı təhlükə yaranacağı təqdirdə Fars körfəzindəki heç bir ölkənin limanının təhlükəsizlikdə olmayacağını bildirib.

Bu sərt xəbərdarlıq, ABŞ hərbçilərinin bazar ertəsindən etibarən İran limanlarını blokadaya alacaqlarını elan etməsindən dərhal sonra gəlib. İran rəsmisi açıq şəkildə vurğulayıb ki, əgər Tehranın dəniz ticarətinə və limanlarına zərbə vurulsa, körfəz ölkələrinin strateji limanları da İranın hədəfinə çevriləcək.

Ekspertlər bu bəyanatı regionda genişmiqyaslı müharibə və qlobal enerji daşımalarının tamamilə dayanması riski kimi qiymətləndirirlər. Bazar ertəsindən etibarən regionda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi bütün dünya tərəfindən narahatlıqla izlənilir.

Sara,
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr