AZ

OPEC cari ildə neft tələbatı ilə bağlı proqnozunu açıqladı

BAKI, 13 aprel. TELEQRAF

2026-cı ildə qlobal neft tələbinin illik müqayisədə 1,4 milyon barel/gün artacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.

Qurumun məlumatına əsasən, artım demək olar ki, tamamilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan regionların, əsasən Çin, Hindistan və digər Asiya ölkələrinin tələbi hesabına formalaşacaq.

Rüblük göstəricilərə əsasən, 2026-cı ildə qlobal neft tələbi 1-ci rübdə illik müqayisədə təxminən 1,5 milyon barel/gün, 2-ci rübdə 0,9 milyon barel/gün, 3-cü və 4-cü rübdə 1,6 milyon barel/gün artım göstərəcək.

Yaxın Şərqdə davam edən proseslər fonunda 2026-cı ilin 2-ci rübündə neft tələbində artımın müvəqqəti zəifləməsi gözlənilir. Lakin bu zəifliyin 3-cü və 4-cü rüblərdə daha güclü artımla kompensasiya ediləcəyi proqnozlaşdırılır.

Seçilən
5
teleqraf.com

1Mənbələr