AZ

AMB: Əhalinin borc yükü artıb

Bu il yanvarın 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən il yanvarın 1-i ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4 % olub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

"Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir", - deyə hesabatda qeyd olunub.

Seçilən
0
9
fed.az

10Mənbələr