AZ

Əhalinin borc yükü artıb

Bu il yanvar ayının 1-ə Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə 0.4 faiz bəndi artaraq 18.4% olub.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Maliyyə Hesabatı"nda bildirilib.

Qeyd edilib ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır.

Seçilən
0
8
news365.az

10Mənbələr