AZ

® “Expressbank”ın xalis mənfəəti ilin ilk rübündə 35 faizdən çox artıb

“Expressbank” 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Hesabat dövrünün nəticələri bankın həm mənfəətlilik, həm də əməliyyat səmərəliliyi istiqamətində ciddi uğurlar qazandığını təsdiqləyir.

Hesabat dövrünün nəticələrinə əsasən, bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faizdən çox artaraq 3 milyon 272 min manat təşkil edib. Bu artım bankın əməliyyat səmərəliliyinin yüksəlməsi və gəlirlilik göstəricilərinin yaxşılaşması ilə müşayiət olunub.

Bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faizə yaxın artım nümayiş etdirərək 6 milyon manata yaxınlaşıb. Bu göstərici bankın fəaliyyət səmərəliliyinin artmasının və daxili resursların effektiv idarə olunmasının bariz nümunəsidir.

Hesabat dövründə bankın gəlir bazasında da ciddi yüksəliş qeydə alınıb. Belə ki, faiz gəlirləri 15 faizə yaxın artaraq 22 milyon 494 min manatı ötüb, xalis faiz gəlirləri isə təxminən 10 faiz artımla 14 milyon 307 min manat təşkil edib. Qeydə alınan bu müsbət dinamika bankın əsas fəaliyyət növləri üzrə gəlir imkanlarının dayanıqlı olduğunu və maliyyə bazarındakı mövqeyinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir.

Hesabat dövrünün sonuna bankın cəmi aktivləri 661,973 milyon manat, depozit portfeli 307,871 milyon manat, kredit portfeli isə 546,543 milyon manat təşkil edib. Birinci rübün nəticələri “Expressbank”ın maliyyə intizamını qoruyaraq, həm fərdi, həm də korporativ müştərilərlə əməkdaşlığı dayanıqlı əsaslarla davam etdirdiyini təsdiqləyir.

Həmçinin bankın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 43 faizdən çox artım göstərərək 749,21 milyon manata çatıb ki, bu da bankın gəlir mənbələrini effektiv şəkildə şaxələndirdiyini nümayiş etdirir.

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi 2025-ci ildə “Expressbank” ASC-ni qiymətləndirərək bankın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.

Seçilən
0
9
azertag.az

8Mənbələr