AZ

İmişlidə avtoqəzada xəsarət alanların SON DURUMU

İmişlidə baş verən avtomobil qəzasında xəsarət alan dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, aprelin 13-də saat 13:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 kişi, 3 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sağ bazu sümüyünün aşağı üçdə birinin yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişən sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr