Bakı, 13 aprel, AZƏRTAC
Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi Hesabatı"na istinadla xəbər verir ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4 faiz olub.