"Böyük İran xalqı adından Müqəddəslərinizə ünvanlanan təhqiri qınayıram".
Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X səhifəsində yazıb.
"Böyük İran xalqı adından Müqəddəsinizə ünvanlanan təhqiri qınayıram və sülh və qardaşlıq peyğəmbəri İsanın təhqir olunmasının hər hansı bir azad insan üçün qəbuledilməz olduğunu bəyan edirəm. Sizə Allahdan izzət arzulayıram", - İran prezidenti açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Papa XIV Leonun siyasətçi deyil, güclü Papa olmağa diqqət yetirməli olduğunu bildirmişdi.