AZ

Ötən il Azərbaycanda banklar 223 milyon manat qeyri-işlək krediti silib

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycanın bank sektoru üzrə 223 milyonmanat məbləğində silinmə baş verib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

“Silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövrərzində silinmələrin 60.9%-i (135.8 milyon manat) istehlak portfeliüzrə, 37.8%-i (84.2 milyon manat) isə biznes portfeli üzrə olub”, -məlumatda vurğulanıb.

Qeyd edilib ki, 2025-ci il ərzində bank sektorunda qeyri-işləkportfelin həcmi 16.4% (107 milyon manat) artaraq 763 milyon manattəşkil edib. Qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58milyon manat artım, biznes kreditlərində 54 milyon manat artım,ipoteka kreditlərində isə 5 milyon manat azalma baş verib.Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payıyarımil ərzində 0.1 faiz bəndi artaraq 2.5% təşkil edib.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr