AZ

Ötən ay neçə nəfər yaşa görə aylıq sosial müavinət alıb?

Bakı. Trend:

Martda yaşa görə aylıq sosial müavinət alanların sayıaçıqlanıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin mart ayında yaşa görə aylıq sosialmüavinət alanların sayı 172 359 nəfər olub. Onların 37,9%-nikişilər, 62,1%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, yaşa görə ödənilən aylıq sosial müavinətin məbləği220 manatdır. Bu müavinət rəsmi gəliri və ya iş yeri olmayanşəxslərə dövlət büdcəsi hesabına ödənilir.

Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda yaşa görəaylıq sosial müavinət alanların sayı 161 623 nəfər olub.

Seçilən
16
2
az.trend.az

3Mənbələr