AZ

Rusiyada azərbaycanlı keçmiş diaspor rəhbəri və onun oğluna hökm oxunub


Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və oğlu barəsində hökm oxunub.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, o, ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, Şıxlinski cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Onun oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ata və oğlunun cinayət işi 2025-ci il iyulun 1-də baş vermiş insidentlə bağlıdır. Belə ki, həmin tarixdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçıları içində Mutvalı Şıxlinskinin idarə etdiyi və içində Şahin Şıxlinskinin olduğu avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski avtomobillə FTX əməkdaşlarından birini vurub. \\Metbuat.az

Seçilən
1
2
gender.az

3Mənbələr