AZ

“90 milyard avroluq krediti bloklamayacağıq” − Madyar


“Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kreditini bloklamaq niyyətində deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə seçkilərdə qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar mətbuat konfransında danışıb.
Madyar vurğulayıb ki, Macarıstanın vəsaitləri bu ümumavropa kreditində istifadə olunmayacaq.
Qeyd edək ki, Aİ liderləri (Macarıstanın keçmiş Baş naziri Viktor Orban da daxil olmaqla) 2025-ci ilin dekabrında Ukraynaya 90 milyard avroluq kreditlə razılaşıblar. Macarıstana, eləcə də Çexiya və Slovakiyaya kreditə öz vəsaitlərini yatırmamaq seçimi verilib.
Seçilən
25
yeniavaz.com

1Mənbələr