AZ

Ərinin tabutu başında məşuqəsi ilə SAÇYOLDUYA ÇIXDI VİDEO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Meksikada baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, ərini itirən qadın dəfn mərasimi zamanı gözlənilməz vəziyyətlə üzləşib.

Hadisə şahidlərinin sözlərinə görə, mərasim zamanı iştirakçılardan birinin həddindən artıq emosional şəkildə ağlaması dul qadının diqqətini çəkib. Bu davranış ona şübhəli göründüyü üçün qadın həmin şəxsin mərhumla hansı münasibətdə olduğunu soruşmaq qərarına gəlib.

Sual qarşısında qalan qadın isə sözləri ilə hamını təəccübləndirən etiraf edib. O, dünyasını dəyişən kişinin gizli münasibətdə olduğu sevgilisi olduğunu bildirib. Bu açıqlama mərasimdə gərginliyin artmasına səbəb olub.

Qısa müddət ərzində tərəflər arasında mübahisə yaranıb və söz davası fiziki qarşıdurmaya çevrilib. Nəticədə, dul qadınla məşuqə arasında əlbəyaxa dava baş verib.

Hadisə ilə bağlı yayılan görüntülər sosial mediada sürətlə yayılaraq istifadəçilər arasında geniş müzakirələr doğurub.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
news.milli.az

10Mənbələr