AZ

“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz göstəriciləri açıqlanıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,83 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2025-ci ilin göstəricisi (54,2 mln. barel) ilə müqayisədə 0,63 mln. barel çoxdur.

Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2027-ci ildə qeyd olunan göstəricinin 55,45 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoz – 55,44 mln. barel), bu da 2026-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 0,62 mln. barel çoxdur.

Qeyd edək ki, 2024-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub, bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,36 mln. barel çoxdur.

Xatırladaq ki, 2023-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.

Məlumat üçün deyək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
apa.az

2Mənbələr