"Tottenhem"in heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, London klubunun kapitanı Kristian Romero sıradan çıxıb.
Argentinalı müdafiəçi İngiltərə Premyer Liqasının XXXII turunun "Sanderlend"lə matçında dizindən zədə alıb.
Romero təxminən 5-8 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümün qalan hissədində oynamayacağı deməkdir. 27 yaşlı mərkəz müdafiəçisi iyunda başlayacaq dünya çempionatına kimi hazır olacaq.
Qeyd edək ki, Romero bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Çelsi"də kabus davam edir - son 7 oyunda 1 qələbə
“İnter” müdafiə xəttini gücləndirir - RAZILIQ ƏLDƏ OLUNUB
Millimizin üzvü oynamadı, komandası xal itirdi
“Benfika”nın üzvü “Napoli”nin radarında
Qordon “Arsenal”ın hədəfində