AZ

Trampdan İran gəmilərinə xəbərdarlıq: Məhv ediləcək!

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəklər. 

Globalinfo.az xəbər verir ki,  bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Tramp qeyd edib ki, İranın 158 gəmidən ibarət hərbi donanması məhv edilib və o, yerdə qalan sürətli hücum qayıqları ilə bağlı da xəbərdarlıq edib.

“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”, – ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Bu andan etibarən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus olmayan limanlar arasında hərəkət edən gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
15
globalinfo.az

10Mənbələr