ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Silva Ronaldonu geridə qoydu
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva Premyer Liqa tarixində ən çox oyun keçirən portuqaliyalı futbolçu olub.
QOL.az xəbər verir ki, "Çelsi" ilə matçda (3:0) meydana çıxan futbolçu Premyer Liqada 297-ci oyununu keçirərək Luiş Boa Mortenin rekordunu geridə qoyub.
Portuqaliyalı oyunçuların Premyer Liqada keçirdiyi oyun sayına görə sıralaması isə belədir:
Bernardu Silva: 297 oyun ("Mançester Siti")
Luiş Boa Morte: 296 oyun ("Arsenal", "Sauthempton", "Fulhem", "Vest Hem")
Kriştiano Ronaldo: 236 oyun ("Mançester Yunayted")
Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir. Bu müddət ərzində o, "şəhərlilər"in heyətində bütün turnirlərdə ümumilikdə 451 matça çıxıb, 76 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.