AZ

Kolbasa və sosiska təhlükəsi: mədə xərçəngi riski artır!

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi qidalar var ki, onlar mədə xərçəngi riskini artırır.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov danışıb.

Onun sözlərinə görə, sosiska, kolbasa və bekon kimi emal olunmuş ətlər çox miqdarda nitrat və nitrit ehtiva edir. Bu maddələr orqanizmə daxil olduqdan sonra kanserogen (xərçəng yaradan) maddələrə çevrilir. Həkim əlavə edib ki, qırmızı ətin tez-tez istehlakı da mədə xərçəngi riskini artırır.

Bundan əlavə, o, marinadlar, turşular və soya sousunun istifadəsini azaltmağı tövsiyə edib. Xüsusilə mədəsində "Helicobacter pylori" bakteriyası olan insanlar üçün bu daha vacibdir. Çünki artıq duz mədənin hüceyrələrinə birbaşa zərər verir.

İvaşkov qeyd edib ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi çox isti içkilərin qəbulunu da insanlar üçün ehtimal olunan kanserogen faktor kimi qiymətləndirir.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
olke.az

2Mənbələr