AZ

MÜHARİBƏ ALOVLANIR: İsrail “Hizbullah”ın KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə hərbi gərginlik idarəolunmaz həddə çatıb və İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində keçirdiyi genişmiqyaslı hərbi əməliyyatla “Hizbullah”ın hərbi elitasını darmadağın etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, 8 aprel 2026-cı il tarixində icra edilən və “Şirin nəriltisi” (Lion’s Roar) adlandırılan strateji əməliyyat nəticəsində təşkilatın Beyrut, Bekaa vadisi və Livanın cənubundakı ən yüksək rütbəli komandirləri nöqtə zərbələri ilə məhv edilib. Aradan qaldırılan kilit fiqurlar arasında silah qaçaqmalçılığı və logistika qərargahına rəhbərlik edən Həsən Müttəfa Nasir, kəşfiyyat bölməsinin rəhbərliyində təmsil olunan Əli Qasım, Əbu Əli Abbas və Əli Haqazi, eləcə də raket hücumlarını koordinasiya edən komandir müavini Əbu Məhəmməd Həbib yer alır.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, əməliyyat zamanı həmçinin artilleriya və müdafiə sistemlərinə məsul olan 250-dən çox terrorçu zərərsizləşdirilib ki, bu da “Hizbullah”ın hərbi idarəetmə strukturuna vurulmuş ən ağır zərbələrdən biri kimi qiymətləndirilir. Hazırda regionda vəziyyətin daha da alovlanacağı və qarşılıqlı zərbələrin intensivləşəcəyi gözlənilir.

Natiq Səlim,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
konkret.az

2Mənbələr