AZ

Hamilton: “Zirvədə olmaq insana tənhalıq gətirə bilər”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Formula 1 tarixinin ən uğurlu sürücülərindən biri olan Luis Hamilton karyerasındakı 105 qələbə və 7 dünya çempionluğuna baxmayaraq, əsl uğurun statistika olmadığını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, o, zirvədə olmağın çətinliklərindən və uşaqlıqda üzləşdiyi travmalardan danışıb.

​Karyerasının 20-ci mövsümünü keçirən britaniyalı pilot uğurları paylaşmağın önəmini vurğulayıb:

“Uğur göründüyü qədər böyük bir şey deyil. Zirvədə olmaq insana tənhalıq gətirə bilər. Əgər qələbəni ailənizlə, komandanızla və əzizlərinizlə paylaşa bilmirsinizsə, birinciliyin heç bir mənası yoxdur”.

Hamilton bu gün olduğu güclü xarakterə görə yaşadığı çətinliklərə borclu olduğunu qeyd edib:

“Məni ən çox formalaşdıran şey uşaqlıqda yaşadığım mühit oldu. Davalar, irqçilik, zorakılıq, təhqirlər və mənə ‘ölkənə geri dön’ deyən insanlar… Bütün bunları içimdə topladım və onlar bu gün olduğum şəxsiyyəti müəyyən etdi”.

Hamilton “Mersedes” ilə 2014-2021-ci illər arasında dominantlıq etsə də, son illərdə rəqabətdə geri düşdüyünü, lakin mübarizə əzmini itirmədiyini də bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
3
futbolpress.az

4Mənbələr