ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kristian Moskera mövsümün sonunda "Arsenal"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, London təmsilçisi ispaniyalı müdafiəçini icarəyə verməyi planlaşdırır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Premyer Liqanın lideri Moskeranı daha çox oynaya biləcəyi və inkişaf edəcəyi bir kluba göndərmək istəyir. "Everton", "Bornmut", "Napoli", "Atalanta" və "Benfina" 21 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
Qeyd edək ki, "Arsenal" Kristian Moskeranı mövsümün əvvəlində "Valensiya"dan 15 milyon avroya transfer edib. İspaniya millisinin üzvü "topçular"ın heyətində 27 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.