Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, deputat Müşfiq Məmmədli bildirib ki, dövlət vəsaitini idarə edən vəzifəli şəxslər üçün “ziyanı ödə və azad ol” prinsipi yetərli deyil və sui-istifadəyə şərait yaradır.
Deputat Qüdrət Həsənquliyev həmkarının fikirlərini Redaktor.az-a şərh edərkən bildirdi ki, söhbət dövlət əmlakının mənimsənilməsindən getmir:
"Söhbət büdcədən ayrılmış vəsaitin təyinatına uyğun xərclənməməsindən gedir. Yəni pul ayrılır ki, müəyyən məqsəd üçün sərf edilsin, amma müvafiq vəzifəli şəxs onu başqa istiqamətə xərcləyir. Bu zaman dövlətə və onun maraqlarına ziyan vurula bilər. Belə halda vurulan ziyan həmin şəxs tərəfindən ödənildiyi təqdirdə o, məsuliyyətdən azad oluna bilər. Dediyim kimi, söhbət dövlət əmlakının mənimsənilməsindən getmir".
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.