Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran Hindistan tankerlərinin Hörmüz boğazından keçidinə görə ödəniş etmədiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Tehranın Yeni Dehlidəki səfiri Məhəmməd Fəthali brifinq zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Hindistan tankerlərindən boğazdan keçid üçün heç bir rüsum tələb olunmayıb.
Səfir qeyd edib: “Hindistan hökumətindən indiyə qədər hər hansı bir ödəniş tələb edib-etmədiyimizi soruşa bilərsiniz”.
O əlavə edib ki, İran və Hindistan arasında münasibətlər müsbət səviyyədədir və tərəflər ortaq maraqlar əsasında əməkdaşlığı davam etdirirlər.
“Bu çətin dövrdə yaxşı münasibətlərimiz var. Biz inanırıq ki, İran və Hindistan ortaq maraqları və ortaq taleyi bölüşürlər”, – deyə diplomat vurğulayıb.
Qeyd edək ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın İrana ödəniş edən gəmilərin keçidinin məhdudlaşdırılacağı ilə bağlı bəyanatlarından sonra verilib.
Aminə ŞAHSUVARQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.